İKT

Aprelin ən populyar smartfonları – TOP-10
09 APREL
507

Aprelin ən populyar smartfonları – TOP-10

2018-04-09 14:11:00

Xiaomi Note 5 Pro” və  “Huawei P20 Pro” smartfonları aprel ayının əvvəlinə ən populyar smartfonlar elan edilib.

Fins.az-ın, bu barədə texnika dünyasına həsr edilmiş nəşrlər yazır.

Bu gün üçün ən arzulan cihaz “Redmi Note 5 Pro” seçilib. O, ikili kamerasına, dəbli dizaynına, ekranına və digər parametrlərinə görə bir çox müştərinin xoşuna gəlib.

İkinci yeri “Huawei P20 Pro” smartfonu saxlayır. Onun üçlü kamerası bütün müasir smartfonlar arasında ən yaxşı elan edilib.

İlk üçlüyü “Asus ZenFone Max Plus” modeli qapayır. Belə cihazlar arasında dördüncü və beşinci yeri “Vivo V9” və “Redmi 5 Plus” tutur.

Cənubi Koreyanın “Samsung” korporasiyası yalnız altıncı yeri tutub və bu yerə “Galaxy J7 Prime” layiq görülüb.

İlk onluğu “Huawei Honor 9 Lite” qapayıb. Bu smartfon dünyanın müxtəlif nöqtələrində qiymətinin azalması səbəbindən populyar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256