İKT

“Amazon” jestə və səsə reaksiya verən dron yaradır
02 APREL
160

“Amazon” jestə və səsə reaksiya verən dron yaradır

2018-04-02 10:48:00

“Amazon” şirkəti insanın jest və səs əmrlərinə reaksiya vermək imkanına malik dronu patentləşdirib.

Fins.az xəbər verir ki, ABŞ-ın Patentlər və Ticarət Markaları üzrə İdarəsi (USPTO) “Amazon”un 2016-cı ilin yayında rəsmiləşdirdiyi dronlar üçün yeni texnologiya haqqında patentinin sifarişini təsdiqləyib.

Sənəddə insanın jestləri və səsinə reaksiya vermək imkanına malik pilotsuz təyyarələr təsvir edilir. Bu siqnallar işıq və səs tənzimləyiciləri ilə oxunacaq və mövcud məlumat bazası ilə müqayisə olunacaq. Sonra dron əmrləri analiz etməklə müştəriyə yaxınlaşacaq (əgər müştəri jestlə onu yanına çağırırsa) və ya əksinə, kənara uçacaq (əgər insan jestlə ona kənarlaşmağı əmr edirsə). Lakin şirkət dronların konkret olaraq reaksiya verəcəyi əmrləri dəqiqləşdirməyib.

Patentin “Amazon”da tətbiq olunma vaxtı haqqında hələlik məlumat verilmir. Şirkət kifayət qədər aktiv olaraq dron-kuryer xidmətinin ideyasını hazırlasa da, bu qurğuların istifadə olunması üçün müəyyən icazələr alınmalıdır.

Qeyd edək ki, cari ilin fevral ayında “Samsung” şirkətinin istifadəçinin jest və səs əmrlərinə reaksiya vermək, həmçinin onun üzünü və gözlərinin hərəkətini izləmək imkanına malik patenti – “uçan ekran” təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260