İKT

“Telegram”ın fəaliyyətində problemlər yaranıb
29 MART
218

“Telegram”ın fəaliyyətində problemlər yaranıb

2018-03-29 15:26:00

“Telegram” istifadəçiləri messencerin fəaliyyətində problemlərlə üzləşiblər.

Fins.az xəbər verir ki, messencerlə məlumatları göndərmək mümkün deyil.

Nasazlıqlar bir neçə ölkədə yaranıb. Populyar internet resursların fəaliyyətini izləyən “downdetector” saytında bildirilir ki, “Telegram”dakı problemlərlə bağlı Rusiya, İtaliya, Ukrayna və Almaniyadan olan istifadəçilər şikayətçidirlər.

“Telegram”ın bloqunda və ya onun yaradıcısı Pavel Durovun səhifəsində bununla bağlı rəsmi məlumatlar yoxdur.

Qeyd edək ki, sonuncu dəfə messencerin fəaliyyətində iri nasazlıq fevral ayında yaranıb. O zaman bu Avropanın yarısını, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələrini əhatə edib. O zaman nasazlıq messencerin veb-versiyasına və tətbiqin mobil versiyasını da əhatə edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256