İKT

Məşhur texnologiya mühəndisləri uşaqlarını texnologiyadan niyə uzaq tutur?
22 MART
533

Məşhur texnologiya mühəndisləri uşaqlarını texnologiyadan niyə uzaq tutur?

2018-03-22 21:54:00

Silikon Vadisində işləyən, gecəsi gündüzü texnologiya yaratmaq və dünyaya təqdim etmək olan yüksək səviyyəli mühəndislər uşaqlarını texnologiyaya çox da üstünlük verməyən məktəblərə göndərməyi seçirlər.

Onlar son texnologiya ilə təchiz edilmiş, notbuklar, iPadlar və rəqəmsal kitablarla təhsil verən məktəblərin əvəzinə, təhsil materiallarının köhnə üsul taxta-təbaşir, kağız-qələm, hörgü və tikiş maşınları, bəzən də rəngli boyalar olduğu Waldorf məktəblərini seçirlər. Bu məktəblərdə müəllimlər təhsili ənənəvi təbaşir və qara lövhə ilə verir, şagirdlər kağız və qələmlə yazılanları qeyd edirlər. Yəni, hal-hazırki ənənənin tamamilə əksi baş verir.

New York Times qəzetindəki bir araşdırmaya görə Ebay-ın texnologiya mühəndisindən tutmuş Google və Apple şirkətinin qurucularına qədər Silikon Vadisinin vacib şəxsləri uşaqlarını komputerlərin olmadığı məktəblərə göndərirlər. Waldorf, əslində 1 əsrlik təhsil sistemini tətbiq edir. Uşaqların sosial, zehni, ruhi və fiziki baxımdan çox geniş istiqamətlərə yönəlməsini hədəfləyir. Waldorfda sinif otaqlarının heç biri komputerlə təchiz olunmayıb. Uşaqlara texnologiya əvəzinə müxtəlif hekayələr və nağıllar oxunur, oyunlara hesablanmış təhsil verilir.

Waldorfda işləyən idarəçilər texnologiyaya qarşı olmadıqlarını, lakin hər şey üçün uyğun vaxtın və məkanın olmasının vacibliyini müdafiə edirlər. Məsələn, Google şirkətində idarəçilərdən biri olan Alan Eagle mövzu ilə bağlı bunları deyir: iPadda hansısa proqramın uşaqlara daha yaxşı oxumaq və ariflik qabiliyyəti qazandıracağını düşünmək çox gülməlidir. Beşinci sinifə gedən qızının Google xidmətindən necə istifadə edəcəyini bilmədiyini, ondan biraz böyük oğlunun isə yeni-yeni axtarış sistemini istifadə etməyə başladığını, amma ağac əkməyə, velosiped sürməyə, hörgü hörməyə və digər işlərə həvəsinin yarandığını qeyd edir.

Waldorf sisteminə görə bu əhəmiyyətsiz görünən qabiliyyətlər zehni inkişafı dəstəkləyərək qarşıdakı problemi həll etmək və riyazi qabiliyyəti artırmaq kimi funksiyalara xidmət edəcək. Məsələn, hörgü dərsləri riyazi düşüncənin bünövrəsini gücləndirir. Waldorf sistemi texnologiyasız təhsil metodları ilə ömür boyu davam edən oxumaq istəyi, yaradıcılıq, insanlar arasında güclü kommunikasiya və tənqidi düşüncə kimi qabiliyyətlərin yaradılmasını təmin edir. Uşağınızı komputerin qarşısına oturtmağı və mouse istifadə etmə qabiliyyəti ilə fəxr etməyi unudun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259