İKT

'Toshiba' Windows 10 əməliyyat sistemli 'ağıllı' eynəyi təqdim etdi
13 MART
178

'Toshiba' Windows 10 əməliyyat sistemli 'ağıllı' eynəyi təqdim etdi

2018-03-13 11:10:00

“Toshiba” şirkəti “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyən “ağıllı” eynək təqdim edib. Qurğu “dynaEdge” adlandırılıb. Cihaz həm miniatür kompüter, həm də istənilən eynəyi “ağıllı” edə bilən optik modul rolunda çıxış edir.
Fins.az xəbər verir  ki, modula 5 meqapiksel təsvir ölçüsünə və iki mikrofona malik mini-kamera, qulaqlıq və GPS modul quraşdırılıb. Optik modulla mikrokompüter arasında simsiz əlaqə yaratmaq hələ ki mümkün olmayıb. Hər iki komponent USB vasitəsilə qoşulur. Sözügedən qurğu hələ ki satışa çıxarılmayıb və yalnız korporativ müştərilərə əlçatandır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267