İKT

“Huawei” şirkəti şəbəkələrin analizi üçün həll təqdim edib
07 MART
139

“Huawei” şirkəti şəbəkələrin analizi üçün həll təqdim edib

2018-03-07 11:12:00

Çinin “Huawei” telekommunikasiya avadanlığı istehsalçısı şəbəkə istifadəçilərinin davranışını öyrənən və proqnozlaşdıran “Intent-Driven Network” analitik həllini təqdim edib.
Fins.az xəbər verir ki, məhsulun əsas xüsusiyyəti proqnozlaşdırılan analizdən (Predictive Analytics) ibarətdir. İritutumlu məlumat və süni intellekt texnologiyalarından istifadə edərək şəbəkə səhv və nasazlıqları proqnozlaşdırır, əvvəlcədən məhsuldarlıq göstəricilərini optimallaşdırır.
Məlumata görə, “Intent-Driven Network” həlli şəbəkə infrastrukturunun rəqəmli oxşarını yaratmaqla fiziki şəbəkə və biznes hədəfləri arasında fərqi azaltmağa imkan verəcək. Şəbəkə təhlükəsizlik təhdidlərini müəyyənləşdirə və əvvəlcədən aradan qaldıra bilir. İdarəetmə dövrəsi tam avtomatlaşdırılıb.
Tərtibatçıların sözlərinə görə, yeni həll iri şirkət və rabitə operatorlarına baza “5G” şəbəkələri, ev internet şəbəkələri, ayrılmış müəssisə xətləri, kampus şəbəkələri, məlumat emalı mərkəzi şəbəkələri, IP və optik nəqliyyat şəbəkələri, eləcə də təhlükəsizlik xidmətləri təqdim etməyə imkan verəcək.
Şirkətin “Huawei Network” məhsulları üzrə prezidenti Kevin Hu bildirib ki, istifadəçinin məqsəd və məramını nəzərə alan şəbəkələr ona lazım olanı və sorğuya daha yaxşı cavabı dəqiq anlaya bilir. “Onlar, həmçinin məhsuldarlığın optimallaşdırılması üçün real vaxt rejimində xidmətin keyfiyyətini qiymətləndirə bilirlər”, - o vurğulayıb.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267