İKT

Android smartfonlar üçün ən ciddi kiberhücum təhlükəsi
18 FEVRAL
344

Android smartfonlar üçün ən ciddi kiberhücum təhlükəsi

2018-02-18 17:11:00

“ESET” antivirus şirkəti Android əməliyyat sistemi əsasında çalışan smartfonlar üçün potensial təhlükələri əks etdirən hesabatı təqdim edib.

Beləliklə bu baxımdan hackerlərin trendində olan üsul şantajçı viruslar olub. 2017-ci il kompüterlərə şifrələyici virus hücumu hadisələri ilə yadda qaldı. Lakin şirkətin məlumatına əsasən mobil cihazlara bu cür kiberhucumlar mütəmadi şəkildə baş verir. Mütəxəssislərin fikrincə Android smartfon istifadəçilərinə olan ən məşhur kiberhücum üsullarından biri də “polis” şantajçı virusları olub.

Hansısa sayta daxil olmaq və ya hansısa tətbiqi mənbəyi bilinməyən yerdən yükləmək istəyən zaman istifadəçi lisenziyası olmayan proqram təminatı səbəbindən cihazın bloklanması ismarışı ilə qarşılaşır. Bu cür viruslar “polis” şantajçılar adlanırlar. Belə ki, onların görünüşü hüquq-mühafizə orqanlarının rəsmi sənədlərinə bənzəyirlər. Bu isə öz növbəsində istifadəçinin daha çox qorxmasına səbəb olur. Əgər istifadəçi qorxmuş vəziyyətdədirsə onu müəyyən miqdarda cərimə ödəməyə sövq edə və ya ondan şəxsi məlumatları tələb edə bilərlər.

© Technote

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259