İKT

Dünyada ən populyar əməliyyat sistemi hansıdır?
12 FEVRAL
361

Dünyada ən populyar əməliyyat sistemi hansıdır?

2018-02-12 17:00:00

“StatCounter” servisinin məlumatına görə, “Windows 10” əməliyyat sistemi ilk dəfə “Windows 7” sistemindən daha populyar olub.
Fins.az xəbər verir ki, 2018-ci ilin yanvarında fərdi kompüterlərin (FK) 42,78%-i “Windows 10” sistemi ilə işləyib. Ötən ayla müqayisədə 1% irəliləyiş qeydə alınıb.
“Windows 7” platformasının bazar payı çox cüzi azalaraq 41,86% təşkil edib. Beləliklə, "Windows 10" sistemi ilk dəfə FK bazarında “Windows 7” sistemini ötməyə nail olub.
2017-ci ilin noyabrında “Microsoft” korporasiyası “Windows 10” əməliyyat sisteminin 600 milyon qurğuya quraşdırılması ilə bağlı məlumat vermişdi. “Windows 10” sistemi 2015-ci il iyulun sonunda ictimaiyyətə təqdim olunub. İlk gündə sözügedən əməliyyat sistemi 14 milyon qurğuya qurulub, 3 həftə sonra bu göstərici 53 milyon kompüterə bərabər olub. 2017-ci ilin mayında artıq 500 milyon FK “Windows 10” sistemi ilə işləyib.
© ICTnews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254