İKT

Apple-ın yüksək vəzifəli işçiləri nə qədər maaş alır?
28 DEKABR 2017
1182

Apple-ın yüksək vəzifəli işçiləri nə qədər maaş alır?

2017-12-28 17:28:00

Dünyanın ən qiymətli şirkətlərindən olan Apple-da idarəçi vəzifəsində olanların maaşı açıqlanıb.

Şirkət 2017-ni uğurla başa vurduğunu qeyd edib. Belə ki, Apple 229 milyard dollar satışı ilə bu ili 61,3 milyard dollar mənfəət ilə bitirib.

Fins.az verir ki, şirkətin səhmləri əvvəlki ilə görə 36,7 faiz dəyər qazanıb.

Bəs, şirkətin bu uğurunda payı olan idarəçilər nə qədər qazandı?

Məlumatlara görə, Apple CEO-su Tim Cook şirkətin ən az qazanan meneceri olub. Xatırladaq ki, Cook ötən il 8 milyon dollar qazanmışdı. O, bu il 46 faiz daha çox, 12,852,066 dollar (12 milyon 862 min dollar) gəlir əldə edib.

Qeyd edilib ki, Cook-un qazandığı 12 milyon dolların yalnız 3,5 milyonu maaşıdır.

Apple şirkətinin digər idarəçiləri 2017-ci ildə CEO-dan fərqli olaraq iki dəfə çox qazanıb.

Ən çox qazanan Apple meneceri isə firmanın pərakəndə satış üzrə vitse-prezidenti olub. Belə ki, Angela Ahrendts bu il 24.216.072 (24 milyon) dollar qazandı.

İkinci sırada isə şirkətin hardware texnologiyalarına cavabdeh olan şirkətin prezidenti Johny Srouji-dir.

Bu il Apple-a qatılan Srouji 2017-ci ildə 24,162,392 (24 milyon) dollar qazanıb.

Hardware mühəndisliyi sahəsində direktor köməkçisi vəzifəsində çalışan Don Riccio də ən çox qazananlardan 3-cüdür.

Bu il Riccio kimi şirkətin baş hüquq məsləhətçisi Bruce Sewell bu il 24,146,046 dollar qazanıb. 

Apple-ın maliyyə işlərinə baxan baş vitse-prezidenti Luca Maestri bu il sırada 5-cidir. Luca 2017-ci ili 4.141.615 dollar gəlir ilə bitirib.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276