İKT

“WhatsApp”dan səsli mesajlarla bağlı YENİLİK
29 NOYABR
410

“WhatsApp”dan səsli mesajlarla bağlı YENİLİK

2017-11-29 16:08:00

“WhatsApp”ın yeni versiyasında səsli məlumatlar mübadiləsi xeyli asanlaşdırılıb. 
Fins.az-ın məlumata görə, bu barədə təkcə istehsalçılar deyil, resursun istifadəçiləri də bildirirlər. 
Belə ki, “Apple” şirkətinin məhsullarının alıcıları uzun səsli məlumatlar yaratmaq imkanı əldə ediblər. Bu səsli yazını yaratmaq üçün daha barmağını mikrofonun işarəsində saxlamağa ehtiyac olmayacaq. Bunun üçün sadəcə olaraq barmaqla yuxarı etmək və səsi bağlamaq üçün səs açarını bağlamaq kifayətdir. 
Bundan sonra səsli məlumat cihazın yaddaşına yazılacaq. Onu göndərmək üçün isə göndərilməsini təsdiqləyən düyməni sıxmaq yetərlidir. Daha sonra kontenti zibil qutusuna göndərmək də mümkündür.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288