İKT

“Dədə Qorqud” parkı da “Pulsuz WiFi”-la təmin olundu
05 OKTYABR
121

“Dədə Qorqud” parkı da “Pulsuz WiFi”-la təmin olundu

2017-10-05 17:14:00

“Baktelecom” “Pulsuz WiFi” zonalarının sırasına daha birini əlavə etdi. Bu gündən etibarən “Dədə Qorqud” parkını istirahət üçün seçən insanlar da pulsuz internetdən faydalana bilərlər.

Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyət (“Baktelecom”) tərəfindən reallaşdırılan ”İctimai İnternet” layihəsi çərçivəsində qoşulma sayı artıq 1 milyonu ötüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya əsasən İKT-nin ölkəmizdə yeni inkişaf konturu kimi cəmiyyətin bütün üzvlərinin internet xidmətlərindən istifadəsinin təmin edilməsi hədəf seçilib.

Bu məqsədlə İKT sektorunda həyata keçirilən digər infrastruktur layihələri ilə yanaşı, Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçəri şəhər”, Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağları, Qış və Zabitlər, eləcə də “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən park (Fashion Avenue) da “Pulsuz WiFi şəbəkəsi ilə təmin edilib.

“Baktelecom” tərəfindən hazırda daha çox istifadəçiyə xidmət göstərilməsi məqsədi ilə qoşulma nöqtələrinin sayı artırılır. Yaxın zamanda Nərimanov parkında quraşdırılma işləri yekunlaşdırılaraq şəbəkənin aktiv edilməsi gözlənilir. İlin sonuna kimi əhalinin sıx istirahət etdiyi digər parklar da ictimai internet şəbəkəsinə qoşulacaq.

Məlumat üçün bildirək ki, mart ayından etibarən paytaxt sakinləri və şəhərimizin qonaqları üçün istifadəyə verilən “Pulsuz WiFi” şəbəkəsindən istifadə qaydaları çox asandır. Belə ki, istifadəçi mobil cihazında wifi siyahısından “Baktelecom”-u seçməli, açılan giriş səhifəsində təlimata uyğun qaydada internetə qoşulmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296