İKT

Dünyada 14 TB tutumunda ilk sərt disk təqdim edilib
06 OKTYABR
125

Dünyada 14 TB tutumunda ilk sərt disk təqdim edilib

2017-10-06 07:00:00

“Western Digital” şirkəti tərəfindən hazırlanmış “HGST Ultrastar Hs14” modeli dünyada 14 terabayt (TB) tutuma malik ilk sərt diskdir.
Korporativ sinfə məxsus məhsullara aid olan yeni sərt diskdə dördüncü nəsil “Western Digital HelioSeal” texnologiyası tətbiq edilib. Heliumla hermetik doldurulma daşıyıcının yüksək tutumuna, etibarlılığına və enerji effektivliyinə nail olmağa imkan verib.
3,5 düymlük form faktorda hazırlanmış “Ultrastar Hs14” sərt diski “SATA 6 Qbit/s” və “SAS 12 Qbit/s” interfeyslərində tədarük olunur. Şpindelin fırlanma sürəti 7200 dövr/dəq, buferin həcmi 512 MB, imtinaya qədər işləmə vaxtı 2,5 milyon saat təşkil edir.
14 TB-lıq sərt diskin qiyməti və satışa çıxarılma tarixi hələ ki elan edilməyib.

©ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296