İKT

“Facebook” özünün video platformasını yaratdı
10 AVQUST
239

“Facebook” özünün video platformasını yaratdı

2017-08-10 15:49:00

“Facebook” sosial şəbəkəsi ayrıca “pəncərədə” videolara baxmaq üçün yeni platformanı – “Watch” funksiyasını təqdim edib.

Fins.az-ın xəbərinə görə, bu funksiya istifadəçilərin lentinə daxil edilmədən videoları izləməyə, onları dostlarla müzakirə etməyə iman verəcək.

Bu gündən etibarən yeni funksiya ABŞ-da məhdud sayda istifadəçi üçün əlçatandır. Ekspertlər bildirir ki, yeni platforma “YouTube” və telekanallarla rəqabət aparacaq.

“Watch” mobil cihazlar, kompüter və planşetlər, eləcə də “Facebook”un televiziya əlavəsində əlçatan olacaq. Videoları izləyərkən şərhləri görmək və dostlarla ünsiyyət qurmaq, eləcə də konkret videoya həsr olunmuş qruplar yaratmaq mümkündür.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297