İKT

Twitter-dən 360 dərəcə canlı yayım funksiyası
30 DEKABR 2016
278

Twitter-dən 360 dərəcə canlı yayım funksiyası

2016-12-30 10:07:00

Canlı yayım xidmətini Periscope tətbiqinin infrastrukturu üzərindən qısa müddət əvvəl başlayan Twitter, 360 dərəcə canlı yayım funksiyasını da istifadəyə verdiyini açıqlayıb.

Şirkətin yazılı açıqlamasında, istifadəçilərin Twitter və Periscope üzərindən 360 dərəcə canlı yayım təşkil edə və izləyə biləcəkləri qeyd olunub.

"LIVE 360" adı ilə təqdim olunan 360 dərəcə canlı yayım xidmətinin populyar istifadəçiləri təqib və xüsusi tədbirləri yaxından izləməkdə yeni bir imkan təqdim etdiyi bildirilib.

Twitter, 360 dərəcəlik videoları izləmək imkanını bütün istifadəçilərə açıb, ancaq yayımlamaq imkanı  məhduddur.

Yeni ildən bütün istifadəçilər Twitter və Periscope-dan 360 dərəcə canlı yayım edə biləcəklər.

Mütəxəssislər, çətin bir il keçirən və 2016-da şirkətin yüksək səviyyəli rəhbər və yenilikçi beyin heyətini böyük müqyasda itirən Twitter-in, Youtube və Facebook-un ardından canlı yayım funksiyasını tətbiq edərək istifadəçilərin gözləntilərini qarşılamağa çalışdığını vurğulayırlar.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7021
  • € EUR
    1.9133
  • ₽ RUB
    0.0302