İKT

Bakutel-də nələr təqdim edilir? – FOTOLAR
30 NOYABR
276

Bakutel-də nələr təqdim edilir? – FOTOLAR

2016-11-30 10:18:00

Məlum olduğu kimi, bu gündən Bakı  Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları - Bakutel 2016 Sərgi-Konfransı bu gün başlayıb.

Fins.az-ın Xeberler.az-a istinadən  məlumatına görə, builki sərgi dünyanın 18 ölkəsini təmsil edən 200-ə yaxın şirkəti bir araya toplayıb.

Bu il Bakıda keçirilən sərgiyə ilk dəfə  Fransanın Vivaction, Rusiyanın Balt-Energo şirkətləri, Belarusun Beltelecom kimi dövlət strukturları, Xorvatiyanın Banksoft, Secom, Span, Amerikanın DELL EMC, Ukraynanın MUK, Çinin FEC və BBT Telecom şirkətləri, eləcə də CBC sport TV, GSS və digər yerli şirkətlər var.

Dell şirkəti hərbi sahə ilə bağlı olan noutbukunu təqdim edib.

Sərgidə ilk dəfə iştirak edən CBC Sport  HD yayım texnologiyasını təqdim edir

Bu il dünyanın 9 ölkəsi - Niderland Krallığı, Avstriya, Belarus, İran, İtaliya, Sloveniya, Türkiyə, Xorvatiya və Fransa milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ hesab edilən layihələri, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir.

Niderland Krallığı milli pavilyonla sərgidə ilk dəfə təmsil olunur.

İlk dəfə olaraq sərgi çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edir.

Bu stendə yerli və beynəlxalq startaplarımız da öz məhsullarını təqdim edir.

Stenddə telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən peyk, nanotexnologiyalar, “Elektron hökumət” və “Elektron imza” infrastrukturu, Data Mərkəzin “bulud” texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və  əldə edilmiş ən son nailiyyətlər nümayiş olunur.

Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün “Danışan kitabxana”, dünyada  “Google Art Project” kimi“Muzeylərin rəqəmsallaşdırılması” layihələri də təqdim edililir.

Dünyanın tanınmış İT şirkətlərindən Huawei şirkəti sərgidə “My Beautiful Azerbaijan” (“Mənim gözəl Azərbaycanım”) layihəsini təqdim edəcək, ZTE şirkəti isə sərginin qonaqlarını “Smart Cities” konsepsiyası ilə tanış edir.

 Formula 1 VR Baku City Circuit oyunu - ən son virtual reallıq texnologiyası əsasında hazırlanan oyundur. Bu virtual reallıq oyunu Bakıda Formula 1 trasında yarış imkanı yaradır.

 Stenddə 360 dərəcəlik foto-video çəkilişləri də reallaşdırılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275