İKT

“AtaTexnologiya” “HRM360”-ı təqdim etdi
11 NOYABR
259

“AtaTexnologiya” “HRM360”-ı təqdim etdi

2016-11-11 14:24:00
Noyabrın 11-də “AtaTexnologiya” şirkətinin yeni proqram təminatı - “HRM360”-nın təqdimatına həsr edilmiş konfrans keçirilib. Şirkətdən Fins.az-a verilən məlumata görə, “AtaTexnologiya” şirkətinin mütəxəssisləri tərəfindən yaradılmış bu proqram təminatı insan resursları sahəsində tətbiq edilmək üçün nəzərdə tutulub və HR mütəxəssislər tərəfindən istifadəyə hesablanıb. Konfransda HR sahəsində mütəxəssislər iştirak ediblər.
“AtaTexnologiya” şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarını “HRM360”-ın texniki və unikal imkanları ilə tanış etdi:
“Proqramda əməkdaşların öz məlumatlarına çıxış imkanı var. Yəni işəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir və HR menecerin iş vaxtına qənaət əldə edilir. Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı qoyulduğu üçün, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir”.
Konfransının gedişində «HRM360» -ın proqram təminatı ilə işi nümayiş etdirilmiş və ondan istifadə haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonra “AtaTexnologiya” şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə qeyd edib: “Proqram təminatı bazarında uzun illər işlədiyimiz müddət ərzində Azərbaycanda insan resursları üzrə əhatəli proqram təminatının olmadığı aydın oldu. Profili fərqli olan müəssisələrdə 10 illik proqramlaşdırma təcrübəsinə sahib olaraq, biz bu proqramı insan resursları üzrə şöbələrin tələbatlarını nəzərə almaqla hazırlamışıq. Proqram bütün mümkün fəaliyyət sahələrində istənilən kommersiya strukturunun HR üzrə qarşılıqlı əlaqəsini təmin edir”. 
“AtaTexnologiya” MMC 2004-cü ildə “AtaHolding” tərəfindən təsis edilmişdir və yarandığı gündən informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərərək, dünyanın qabaqcıl şirkətləri ilə əməkdaşlıq edir. “Microsoft”, «НР», «Netsis A.Ş», «Oracle» şirkətlərinin, antivirus sistemləri olan Symantec”, “Kaspersky” и “Dr.web” şirkətlərinin yerli tərəfdaşıdır, yerli bazarda bisness intelligence” istiqamətində xidmətlər göstərir.
“AtaTexnologiya” şirkəti uzun illərdir ki, mühasibatlıq, anbar, satış, logistika, istehsal, insan resursları və s. avtomatlaşdırılması üzrə müxtəlif proqramların satışqabağı adaptasiyası ilə məşğul olur, iri müəssisə və təşkilatlarda bir sıra uğurlu layihələr həyata keçirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272