İKT

"Azercel" "iPhone 7"ni neçəyə satacaq? - QİYMƏT CƏDVƏLİ
05 NOYABR
4279

"Azercel" "iPhone 7"ni neçəyə satacaq? - QİYMƏT CƏDVƏLİ

2016-11-05 09:19:00

Noyabrın 4-də "Azercell-Telekom" "iPhone 7"nin təqdimatını keçirib.

Tədbirdə "Azercell Telekom" "iPhone 7" və "iPhone 7 Plus" smartfonlarının Azərbaycanda rəsmi təqdimatçısı kimi abunəçilərinə yeni təkliflərini açıqlayıb.

Təkliflərə görə, "Azercell"inmüştəriləri "iPhone 7" telefonuna sahib olmaq üçüayda 89 manatdan başlayan ödəniş etməlidirlər. Bu ödənişə 30 giqabayt həcmində "Hədsiz İnternet" paketi də daxildir.

Ümumiyyətlə, «Azercell» şirkəti müştərilərinə «iPhone 7»nin 3 növünü təqdim edir -  «iPhone 7 (32GB)»,  «iPhone 7 (128GB)»və«iPhone 7 plus (128GB)». Telefonlar 3 müddətdə – 12 ay, 18 ay və 24 ay müddətinə satılır. Müştərinin seçimindən asılı olaraq aylıq ödənişə hədsiz internet, hədsiz danışıq və ya həm hədsiz internet və hədsiz danışıq birlikdə dacil ola bilər. Bu zaman ay ərzində Hədsiz internet 20 manata, hədsiz daqışıq isə 30 manata başa gələcək.

Ən aşağı qiymətə təklif edilən model «iPhone 7 (32GB)»-dir. Qeyd edildiyi kimi, müştərilər  bu telefonu ayda 89 manatdan başlayan ödənişlə 24 ay müddətinə ala bilərlər. Həmin modeli 18  ay müddətinə almaq üçün ayda 119 manat, 12 aylığa almaq üçün isə 159 manat ödəmək lazımdır (Hədsiz internetlə).

Eyni modeli hədsiz danışıqlar almaq üçün müddətdən asılı olaraq ayda 99-169 manat ödəmək tələb olunur.   

«iPhone 7 (128GB)»in aylıq minimal ödənişləri 99-179 manat arasında, «iPhone 7 plus (128GB)»nin minimal ödənişləri isə 119-209 manat arasındadır (hədsiz internetlə).

Şirkət bildirir ki, «iPhone 7»ni «Azercell»dən əldə etmək istəyən abunəçilər «"Azercell»in Z.Tağıyev küçəsi 18, B.Bağırova küçəsi 2, 28 May küçəsi 33A ünvanlarında yerləşən Müştəri Xidmətləri Mərkəzlərinə yaxınlaşıb bu sərfəli təklifdən yararlana bilər.

Qeyd edəki, "iPhone 7" və "iPhone 7 Plus" mobil telefonları "iPhone"nun əyeni nəsil modelləri olub, yeni kamera sistemi, əuzunömürlü batareya və suya/toza davamlılığı ilə seçilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271