İKT

Varlılar üçün “Instagram” yaradıldı
19 OKTYABR
520

Varlılar üçün “Instagram” yaradıldı

2016-10-19 18:11:00

Artıq varlı insanlar üçün də “İnstagram” olacaq.

Fins.az-ın verdiyi məlumatına görə, “Fox Valley Apps” şirkəti “Rich Kids” mobil əlavəsini təqdim edib. Bu əlavənin aylıq ödənişi 1 000 dollar təşkil edəcək. 

Tərtibatçılar qeyd edib ki, artıq “İnstagram” istifadəçilərinin eksklüziv əlavəsi olacaq ki, bu da varlı insanlara öz aralarında ünsiyyət qurmağa kömək edəcək. “Facebook” akkauntunu istifadə edənlər üçün bu xidmətə qoşulma pulsuz olacaq. Ancaq orada istifadəçinin rahat və qayğısız həyat tərzi ilə bağlı şəkilləri dərc etmək üçün 1 000 dollar üzvlük haqqı ödəməsi lazım gələcək.

“Fox Valley Apps” şirkətindən bildiriblər ki, həqiqətən də unikal məhsul istehsal ediblər. Bu layihənin məqsədi şəkillərin mübadiləsi üçün elit və statuslu əlavə yaratmaqdır. “Instagram”da bəzi varlı olmayan qeydiyyatçılar saxta varlı həyatlarının şəkilləri ilə diqqətləri cəlb ediblər. Varlıların övladları isə bu problemi, sadəcə, smartfon üçün statuslu əlavəyə pul ödəməklə həll edə biləcəklər. 

Layihənin tərtibatçıları vurğulayıb ki, gəlirlərin üçdə biri aztəminatlı ailələrdən olan uşaqların təhsilinə yönəldiləcək. 

Bundan öncə jurnalistlər sosial şəbəkələrin ən varlı istifadəçilərinin siyahısını dərc ediblər. Onların arasında iri sənaye şirkətinin varisi, ukraynalı Yuliya Staxiva var. O, öz stilistini Moskva və Londondan çağırır. 

Həmçinin bu siyahıya türkiyəli əmlak şahzadəsi, 24 yaşlı Əmir Bahadır və dəriyə qulluq üzrə kral, 25 yaşlı israilli Əmir Dor Bukobzanın adları daxil edilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275