İKT

Smartfonlar üçün ilk “5G” modem bazara gəldi
19 OKTYABR
269

Smartfonlar üçün ilk “5G” modem bazara gəldi

2016-10-19 16:32:00

“Qualcomm” mikroelektronika istehsalçısı gələcəyin smartfonlarını “5G” şəbəkəsində saniyədə 5 qiqabit sürətə malik rabitə ilə təmin etməyə imkan verən “Snapdragon X50” çipini təqdim edib. Şirkətin iddiasına görə, bu çip dünyada smartfonlar üçün ilk “5G” modemdir.
Hazırda dünyada işlək olan “LTE” (“4G”) şəbəkələrinin əksəriyyəti məlumatların saniyədə 50 Mbit-dək, “LTE Advanced” şəbəkələri isə 600 Mbit-dək ötürülməsini təmin edir. Ancaq “LTE” internetin dünya üzrə orta sürəti təqribən 14 Mbit/s təşkil edir.
Cari ildə telekommunikasiya bazarının liderləri sərgidə “5G” şəbəkəsində məlumatların saniyədə 25 Qbit sürətlə ötürülməsini təmin edən həll nümayiş etdiriblər. Ancaq hələ ki belə modem smartfonun form-faktoruna və ya hətta noutbuka yerləşmir.
Operator tərəfindən belə sürətin tam dəstəklənməsi şərti ilə smartfonun əməliyyat sistemi, məsələn, “bulud” saxlancındakı məlumatlara daxili daşıyıcıda yerləşən məlumatlardan daha sürətli müraciət edə biləcək. Məsafədən işləyən serverlərdə icra edilərək smartfona yayımlanan istənilən təsvir ölçülü videonun şəbəkə üzrə striminqi və ya oyunlarda yüksək keyfiyyətli qrafika reallığa çevriləcək.
“Qualcomm” şirkətinin rəsmiləri söz verirlər ki, 2017-ci ilin ikinci yarısında “Snapdragon X50” çiplərinin nümunələri sifarişçilərə göndərilməyə başlanılacaq və onlar, öz növbəsində, 2018-ci ildə belə çiplərlə təchiz edilmiş smartfonlar çıxaracaq.

Mənbə: İctnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272