İKT

İnternetin ucuzlaşacağı gözlənilir
03 OKTYABR
605

İnternetin ucuzlaşacağı gözlənilir

2016-10-03 17:21:00

Azərbaycanda internet xidmətlərinə görə tariflərin növbəti dəfə azalacağı gözlənilir.

Fins.az xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, bu barədə qərar artıq qəbul edilib və ilin sonuna tariflərin azalmasını gözləmək olar.

Tariflərin nə qədər azalacağına dair təfərrüatlar hələ açıqlanmır. Lakin internet xidməti tədarükçülərinin daha əvvəl tətbiq edilən təcrübədən istifadə edəcəkləri istisna olunmur.

Söhbət təklif edilən paketdə internet-trafikin həcminin artırılması fonunda tarif həddinin saxlanılmasından gedir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274