İKT

“BlackBerry” smartfonlardan imtina etdi
29 SENTYABR
221

“BlackBerry” smartfonlardan imtina etdi

2016-09-29 14:55:00

Kanadanın “BlackBerry” şirkəti smartfon istehsalının dayandırılmasını elan edərək xidmət və proqram təminatının yaradılması ilə məşğul olmağa qərar verib.

"Biz öz strategiyamızda dönüş anına yaxınlaşırıq, maliyyə əsaslarımız güclüdür və proqram təminatı ilə məşğul olmağa qərar vermişik" –  “BlackBerry” şirkətinin baş direktoru Con Çen deyib.

Baş direktorun sözlərinə görə, şirkət bu tədbirlər sayəsində kapitala olan tələbi azaltmağı və investisiyalardan gəlir əldə edilməsini yüksəltməyi nəzərdə tutur.
 
“BlackBerry” brendinə məxsus smartfonlar bazarda mövcud olacaq, amma şirkət bu qurğuları özü hazırlamayacaq.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275