İKT

Azərbaycan internetdə virusa yoluxma riskinə görə birinci oldu
25 AVQUST
273

Azərbaycan internetdə virusa yoluxma riskinə görə birinci oldu

2016-08-25 12:25:00

Bu ilin II rübündə internet vasitəsilə viruslara yoluxma riskinə ən çox Azərbaycandan olan istifadəçilər məruz qalıb. Fins.az “Kaspersky Lab” şirkətinə istinadən xəbər verir ki, 2016-cı ilin ikinci rübündə Azərbaycandan olan hər üçüncü istifadəçi ən azından bir dəfə veb-təhlükələr ilə rastlaşıb. Bu, dünya üzrə ən yüksək göstərici hesab olunur.

Beləliklə, internetdə yoluxma riskinə ən çox məruz qalmış istifadəçilər siyahısında Azərbaycan birinci yerdə qərarlaşıb. Halbuki ilin əvvəlində dördüncü pillədə idi. Siyahıda ilk üçlükdə Rusiya və Çin yer alıb, Azərbaycan isə bu top üçlükdən Qazaxıstanı sıxışdırıb çıxarıb. İkinci rübdə orta hesabla Azərbaycandan olan hər bir istifadəçinin payına 10,5 veb-təhlükə düşüb.

Buna baxmayaraq, lokal yoluxma təhlükəsinin yayılma dərəcəsinə görə aprel-iyun aylarında Azərbaycan heç ilk iyirmilikdə belə yer almayıb. Bu o deməkdir ki, keçən rübdə Azərbaycanda fayllar və portativ yaddaş daşıyıcıları vasitələri ilə kompüteri yoluxdurma riski digər ölkələrlə müqayisədə daha zəif idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272