İKT

Mətbuat üçün xəbərləri robotlar yazacaq
12 AVQUST
39

Mətbuat üçün xəbərləri robotlar yazacaq

2016-08-12 09:50:00

Bəzilərinin arzuladığı, digərlərinin isə qorxduğu süni intellekt hər halda bəşəriyyət üçün müəyyən qədər təhlükəlidir, çünki onun ucbatından insanların bir hissəsi işsiz qalacaq.

Fins.az Azərtac-a istinadən xəbər verir ki, “Telecom Daily” ekspertlərinin fikrincə, on il sonra süni intellekt onlayn nəşrlərdə jurnalistləri tam əvəz edəcək. Bundan sonra vəkillər və musiqiçilər işsiz qalacaq.

“Telecom Daily”nin rəhbəri Denis Kuskov deyir: “İndinin özündə “Washington Post” nəşrinin redaksiyasında materialların hazırlanmasında robotların köməyindən fəal istifadə edilir. Söhbət Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları ilə bağlı xəbərlərin axtarışı məqsədi ilə informasiya məkanını skanerdən keçirən, sonra məlumatları nizamlayan və onları emal edən proqramdan gedir”.

“Washington Post” üçün materiallar tərtib edən robotun fantaziyası yoxdur və bədii cəhətdən olduqca zəif xəbərlər yazır. Amma idman xəbərləri elə qısa və quru olmalıdır. Odur ki, proqram öz vəzifəsinin öhdəsindən bacarıqla gəlir. Üstəlik, insandan fərqli olaraq, süni intellekt yorulmur, maaş tələb etmir və həmişə sabit nəticə verir. Bir sözlə, o, ideal işçidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272