İKT

Facebook-dan canlı yayımlar – YENİLİK
05 AVQUST
287

Facebook-dan canlı yayımlar – YENİLİK

2016-08-05 12:35:00

Artıq “Facebook”un Azərbaycan seqmentinin istifadəçiləri də şəxsi profillərindən də canlı yayım edə biləcəklər.

Belə ki, bu yaxınlaradək yalnız sosial şəbəkəyə məxsus səhifələrdə canlı yayımlar etmək mümkün idi. Xarici istifadəçilər artıq bir neçə vaxtdır ki, şəxsi profillərindən canlı yayımlar edə bilirdilər. Azərbaycanda bu funksiya dünəndən aktiv edilib.

Xatırladaq ki, “Facebook Live” canlı yayım xidməti bu ilin aprel ayından etibarən istifadəyə verilib. “Live – sənin cibində olan videokameradır. Kimin telefonu varsa, o bütün dünyadan birbaşa yayım edə bilər.

Real vaxt rejimində ünsiyyətə girənlər özlərinə bir-birinə daha yaxın hiss edəcəklər” – deyə “Facebook” rəhbəri Mark Zukerberq bildirmişdi. Onun sözlərinə görə, bu xidmət istifadəçilərin ünsiyyətə girməsi ilə bağlı böyük addımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275