İKT

Dərhal yükləməli olduğunuz - 5 MOBİL TƏTBİQ
27 APREL
801

Dərhal yükləməli olduğunuz - 5 MOBİL TƏTBİQ

2016-04-27 17:29:00

iTunes-un ən yaxşı tapıntılarını bölüşürük: meditativ tapmaca, əsas xəbərlər üçün ağıllı seçimlər, yeni biçimdə köhnə “ilan oyunu” və s.

Airtime

Xeyr, bu, daha bir çat-tətbiq deyil. Airtime vasitəsilə müəyyən qrup-istifadəçilərə ismarış, video və musiqi faylları göndərmək, eyni zamanda iştirakçılar üçün şəxsi videoyayım etmək mümkündür. Məsləhət: Siqnal funksiyasından istifadə edərək, qrup istifadəçilərinin diqqətini daha tez cəlb edə bilərsiniz. Pulsuzdur: iOS.

Noiz

iPhone musiqi yaratmaq imkanı verən tətbiq. Noiz hər biri hansısa musiqi aləti və ya səs faylı ifadə edən həndəsi formalara barmaqlarla toxunaraq musiqi yaratmağa imkan verir. Tətbiqdə bir neçə hazır kompozisiya da var ki, onlar vasitəsilə də çoxlu variasiyalar etmək olar. Məsləhət: Tənzimləmələr bölməsində ayrı-ayrı alətlərin səslənməsini idarə edə bilərsiniz. Pulsuzdur: iOS.

Slither.ios

“İlan oyunu” – məşhur oyun artıq köhnəlsə də, mobil developerlər istifadəçilərin bu oyuna marağını artırmağın yolunu tapıblar. Slither.io tətbiqində oyuna kiçik ilan olaraq başlayırsınız. Oyunda sizinlə real rejimdə oynayan rəqibləriniz olur. Siz qidalanaraq böyüyürsünüz. Öz bədəninizə dəyə bilərsiniz, lakin başqa ilana dəyəndə siz özünüz qidaya çevrilirsiniz. Məsləhət: Hətta ən balaca ilanlar cəld hərəkət edərək nəhəng rəqiblərini keçə bilərlər – uzun ilanlar yüksək sürətlə çətin hərəkət edir. Pulsuzdur: iOS. 

theSkimm

theSkimm ən aktual xəbərləri sizin telefona çatdıracaq. Əlbəttə ki, ingilis dilində. Bundan başqa, tətbiq təqviminizlə inteqrasiya olunur və ona bir neçə əlavələr edir – məsələn, Netflix-də yeni seriyaların çıxış tarixini. Məsləhət: Adi tarixlərdən asan fərqləndirmək üçün theSkimm tətbiqi ilə təqviminizdə yaradılan hadisələr emojilərlə başlayır. Sınaq müddətində pulsuzdur: iOS. 

Zenge 

Bu oyun sürətli oyunsevərlər üçün deyil, daha çox əylənərək dincəlməyi sevən istifadəçilər üçün maraqlı tapmaca oyunudur. Zenge oyununun hər səviyyəsi mozayka seriyasından ibarətdir. Onları düzgün düzülüşdə birləşdirdikdə, yeni səviyyəyə keçilir. Oyunda vaxt limiti yoxdur, toplanan balların uçotu aparılmır, lakin səviyyələrin çətinlik dərəcəsi artır. Məsləhət: Tapmacanın bir hissəciyini yerinə çəkmək üçün əvvəlcə bir neçə digər hissəcikləri yerlərinə çəkmək lazım olur, ona görə də hər addımınızı planlaşdırın. 1,25 dollar: iOS.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271