İKT

Smartfonlar çəpgözlük yarada bilər - XƏBƏRDARLIQ
20 APREL
312

Smartfonlar çəpgözlük yarada bilər - XƏBƏRDARLIQ

2016-04-20 12:43:00

Uşaqların smartfonlardan çox aktiv istifadə etməsinin zərərli olması barədə məlumat kifayət qədərdir. İndi isə məlum olub ki, smartfonlar uşaqlarda çəpgözlük yarada bilər. Bu qənaətə Cənubi Koreya alimləri gəliblər. Çonnoman milli universitetinin hospitalının tədqiqatçıları 7-16 yaşlı 12 uşaq üzərində təqdiqat aparıblar.

Uşaqların hər biri mərkəzə doğru çəpləşmədən əziyyət çəkib – bu zaman baxışlar buruna tərəf yönəlir. Məlum olub ki, uşaqlar hər gün smartfonlara 4-8 saat arası vaxt ayırıblar. Bununla yanaşı, ekranla göz arası məsafə 20-30 sm olub.

Müalicə - smartfondan imtinadır

Adətən belə çəpləşmə uşaqlarda 5 yaşa qədərki dövrdə inkişaf edir. Asiya ölkələrində bu xəstəliyə – nadir rast gəlinir, Avropada daha çox yayılıb. Həkimlər pasientlərə ilk növbədə - smartfonları yığışdırmağı və 2 ay müddətində onlardan istifadə etməməyi tövsiyə edib. Bundan sonra 12 pasientdən 9-u tez bir zamanda sağalmağa başlayıblar.

Təhlükəsiz istifadə edin

Həkimlər bildirirlər ki, çəpləşmənin və digər göz xəstəliklərinin qarşısını almaq üçün smartfonlardan intensiv istifadənin qarşısını almaq lazımdır. Gün ərzində smartfonlardan ardıcıl istifadəyə 30 dəqiqədən az vaxt sərf etmək lazımdır. Valideynlər uşaqlarının görmə qabiliyyətində anormallıq hiss etdikdə dərhal oftalmoloqa müraciət etməlidirlər. Bununla yanaşı, Ohayo ştatının Universitetində analoji tədqiqat aparılıb. Tədiqatda 4,5 min uşaq iştirak edib və alimlər smartfondan istifadənin uşaqların görmə qabiliyyətinə heç bir təsiri olmadığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274