ƏMLAK

Tikinti sahəsində bəzi xidmətlər ödənişli olacaq
05 MART
121

Tikinti sahəsində bəzi xidmətlər ödənişli olacaq

2019-03-05 09:29:00

Azərbaycanda müvafiq qurumlar tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətləri ödənişli əsaslarla həyata keçirəcəklər.

Fins.az “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilir.

Dəyişikliklər Milli Məclisə Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib.

Məcəlləyə təklif edilir ki, tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasına, habelə siyahısını, məbləğini və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tikinti fəaliyyəti sahəsində müvafiq qurumlar tərəfindən göstərilən digər xidmətlərə görə haqq ödənilsin.

Bu dəyişiklik müvafiq qurumlar tərəfindən tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılmasının və tikinti fəaliyyəti sahəsində göstərdikləri xidmətlərinin ödənişli əsaslarla həyata keçirilməsini nəzərdə tutur.

Hazırda Məcəllədə ödənişlər yalnız tikinti layihələrinin ekspertizadan keçirilməsi üçün nəzərdə tutulub.

Digər dəyişikliklər şəhərsalma fəaliyyətinin tənzimlənməsi və təkmilləşdirilməsi ilə bağlıdır.

Yeni layihədə təklif edilir ki, tikintiyə icazə verilərkən əvvəlcə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması təklif edilir. Rəy müsbət olduqda isə müvafiq rəylərin verilmısi üçün sorğu göndəriləcək.

Layihədə şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət orqanlarında işləyən əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün Məcəlləyə müvafiq əlavələrin edilməsi təklif edilir. Bu əlavəyə əasən, Məcəllənin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə sərf ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264