ƏMLAK

Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 20% artıb
19 DEKABR 2018
214

Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 20% artıb

2018-12-19 17:45:00

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 844,3 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 20,1% çoxdur.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Noyabrda 96,7 mln. manat məbləğində 159,9 min kvadratmetr mənzil istismara verilib.

Yanvar-noyabr aylarında mənzil tikintisinə investisiya qoyuluşları 1 mlrd. 51,7 mln. manat (artım 24,9%) məbləğində olub.

Xəbər verildiyi kimi, 2017-ci ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 727,4 min kvadratmetr təşkil edib ki, bu da 2016-cı ilin göstəricisindən 18,6% azdır. 

Ötən il mənzil tikintisinə 891 mln. manat (artım 21,7%) məbləğində investisiya qoyulub.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256