ƏMLAK

Azərbaycanlılar Türkiyədə ən çox bu yerlərdən ev alırlar - Qiymətlər
17 SENTYABR
3014

Azərbaycanlılar Türkiyədə ən çox bu yerlərdən ev alırlar - Qiymətlər

2018-09-17 18:09:00

İstanbulda evlərin qiyməti iki formada dəyişir. Belə ki, Türkiyədə ikinci paytaxt hesab edilən İstanbulun qərb hissəsində mənzillər daha bahadır. Şəhərin qərb hissəsində mənzillərin 1 kv metri 3000 – 3500 dollar civarında təklif olunur. Amma İstanbulun şərq hissəsində mənzillərin kv metri  1600-1700 dollara qədər ucuzlaşır. Şəhər mərkəzindən kənarda isə mənzillərin bir kv metrini hətta 1200-1300 dollara da almaq olar. Bu sözləri Fins.az daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib. Onun sözlərinə görə,mənzillərin təmirli və təmirsiz olmağı isə tikinti şirkətinin konseptindən asılıdır. Konseptə uyğun olaraq mənzillər təmirli, təmirsiz və ilkin təmirli olurlar.  Azərbaycandan fərqli olaraq İstanbulda satışıa çıxarılan mənzillərin hamısının çıxarışı olur. Bu sənəd müqavilə deyil rəsmi sənəddir. Yəni mənzil alanlar aldıqları evə qeydiyyata düşməkdə problem yaşamırlar. 

Azərbaycanlılar ən çox Türkiyədə Antalya, Bodrum, Alanyada mənzillər alırlar. İstanbuldan Ankaradan da alırlar. Lakin aparılan  müşahidələr göstərir ki, azərbaycanlıların ən çox Türkiyədə maraq göstərdiyi yerlər turizm zonalarıdı. Çünki azərbaycanlılar bu evləri alıb sonradan kirayəyə verirlər.

Müəllif: Xeybər Heydərov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256