ƏMLAK

Bakıda çıxarışı olmayan torpaqlarla bağlı XƏBƏRDARLIQ - VİDEO
29 APREL
4061

Bakıda çıxarışı olmayan torpaqlarla bağlı XƏBƏRDARLIQ - VİDEO

2018-04-29 10:27:00

Bakıda bir çoxları ucuz olsun deyə bələdiyyə sənədi ilə olan torpaqları almağa üstünlük verir. Halbuki, bir çox yerlərdə elə həmin qiymətə çıxarışı olan torpaqlar satılır. Fins.az-ın məlumatına görə, ekspertlər bələdiyyə sənədi ilə satılan torpaqların sonradan bir sıra problemlərə səbəb olacağını deyir və buna görə ucuz qiymətə çıxarışı olan torpaqları almağın daha doğru seçim olduğunu düşünürlər.

 Ekspert Nofəl Quliyev Bakının müxtəlif ərazilərində torpağı çıxarışla sotunu 1000-1500 manata satın almağın mümkün oldugunu bildirib.

 Ekspert bildirir ki, istənilən şəxs torpaq alarkən onun çıxarış verilməsi mümkün olmayan ərazilərdə yerləşmədiyinə əmin olmalıdır.

 Məsələn, Türkan qəsəbəsində sotu 1500 manatdan torpaqlar təklif olunur. Ekspertlər bildirirlər ki, çıxarışla torpaq alan şəxsləri heç bir risk gözləmir. Çünki həmin torpaqlar məhz onun mülkiyyəti hesab olunduğundan həm orda ev tikmək üçün icazəni almaq asandır, həm də ərazidə dövlət əhəmiyyətli hansısa infrastruktur layihələri icra edilərsə bazar qiymətinə uyğun torpaq və ya ev sahibinə kompensasiya ödəniləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259