ƏMLAK

Bakıda sosial mənzilləri necə və neçəyə almaq olar?- ARAŞDIRMA - VİDEO
27 APREL
734

Bakıda sosial mənzilləri necə və neçəyə almaq olar?- ARAŞDIRMA - VİDEO

2018-04-27 10:28:00
  Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışına mayın 7-də başlanılacaq. Satış avqustun 7-nə qədər davam edəcək.

Güzəştli mənzil almaq üçün necə müraciət etməli? 

Güzəştli mənzilləri əldə etmək üçün vətəndaş əvvəlcə “Elektron hökumət” portalında (e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada qeydiyyatdan keçməlidir.

MİDA-nın açıqlamasında da qeyd edilir ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Güzəştli mənzil almaq hüququ əldə edən şəxslər elektron kabinetdə mənzili özü seçə bilər. Satışa 260 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.

Mənzillərin qiymətləri 

Ölkə prezidentinin 16.11.2016-cı il tarixli fərmanına əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondunun təyin etdiyi orta bazar qiymətindən aşağı müəyyən olunub. 1 otaqlı mənzillərin qiyməti 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti isə 65 626 manatdan başlayır. Bu məbləğə əlavə dəyər vergisi (ƏDV) daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

İllik faiz dərəcəsi Müddət   Minimal ilkin ödəniş Aylıq ödəniş*
1 otaqlı 2 otaqlı 3 otaqlı
4% 3-30 il 10% 129-136 manat 203-236 manat 282-288 manat
* Aylıq ödəniş – mənzil 10% ilkin ödəniş edilərək,
4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. 

 Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır: 

Otaqların sayı    Mənzilin qiyməti (manat)   Əlavə endirim məbləği(manat)     Əlavə endirimdən sonramənzilin
satış qiyməti
(manat)
1 29 925 2 993 26 932
2 47 282 4 728 42 554
3 65 626 6 563 59 063


Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Yasamal Yaşayış Kompleksinin yasamal.mida.az internet səhifəsinə daxil olaraq satışa çıxarılan hər bir mənzilin (və otaqlarının) dəqiq ölçüsü, qiyməti, tətbiq edilən güzəştlər və əlavə endirimlər, agent banklar haqqında məlumatla tanış olmaq, habelə ipoteka və güzəştli mənzil kalkulyatorları vasitəsilə müvafiq hesablamalar aparmaq mümkündür.

Mənzil əldə etmək hüququ olan şəxslər, mənzili güzəştlə əldə etmək üçün ərizənin təqdim olunması qaydası, mənzillərin satış şərtləri, agent banklar barədə ətraflı məlumatla mida.gov.az və mida.az internet səhifələrində və ya müvafiq “ASAN xidmət” mərkəzlərinə (1, 3, 5 saylı və Sumqayıt), habelə “108” çağrı mərkəzinə müraciət edərək tanış ola bilərlər.

Fins.az Yasamal Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri ilə bağlı hazırlanan video süjeti təqdim edir. Qeyd edək ki, mənzillərdən birinin qonaq, yataq və uşaq otağı nümunə olaraq mebellə təchiz edilib. Güzəştli mənzillər isə yalnız mətbəx mebeli ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunur.


Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258