ƏMLAK

Bayıl sakinlərinə bu qədər kirayə haqqı veriləcək
21 FEVRAL
313

Bayıl sakinlərinə bu qədər kirayə haqqı veriləcək

2018-02-21 19:48:00

Bayıl sürüşməsinə görə sakinlərə hansı məbləğdə kirayə haqqı veriləcəyi açıqlanıb. Səbail Rayon İcra Hakimiyyətinin sözçüsü İsrafil Kərimov Fins.az-a açıqlamasında bildirib ki, dövlət qurumları tərəfindən müəyyən edilən normativlər əsasında hər bir ailəyə vəsait müəyyən edilib: “İlk növbdə ailənin say tərkibi nəzərə alınıb. Qeyd etməliyik ki, Bayıl yamacında mövcud tikililər 1990-2000-ci illərə qədər qeyri-qanuni tikilən sənədsiz evlərdir. Burada sakinlərin əksəriyyətinin pasort qeydiyyatı da yoxdur. O cümlədən, həmin ərazidə bir qisim məcbur köçkün ailələri də məskunlaşıb. Həmin evlərin mövcud vəziyyəti məlumdur, əksəriyyəti bir gecədə tikilmiş möhkəm təməli olmayan bir mərtəbəli evlərdir.

Eləcə də bax: Ev tikmək üçün rüsum və icazəyə ehtiyac varmı?

Lakin buna baxmayaraq, vətəndaşların mənafeyi nəzərə alınaraq Nazirlər Kabineti tərəfindən burada yaşayan 98 ailənin 11 aylıq kirayə haqları müəyyən olunub. Normativlərə uyğun olaraq ailə tərkibi 1-5 nəfər arası olanlara 200 manat, 6-7 nəfər olana 250 manat, 8-dən çox olanda 300 manat müəyyən olunub. Bu günədək sənədlərini təqdim etmiş 67 ailə üçün “Beynəlxalq Bank”ın Səbail filialında açılmış hesaba köçürülüb və artıq sakinlər pullarını almağa başlayıblar. 

Tam uçmuş 4 evin sahiblərinə birdəfəlik kompensasiya ödəniləcək. Hazırda sürüşmə zonasında alimlər və mütəxəssislər çalışır. Onların çıxaracağı rəyə uyğun olaraq buradakı tikililərin gələcək taleyi müəyyənləşdiriləcək və məsələ hüquqi müstəvidə həll olunacaq”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279