ƏMLAK

Binəqədidə evləri qəzalı vəziyyətdə olanlar üçün bina tikintisi başlayıb
14 FEVRAL
132

Binəqədidə evləri qəzalı vəziyyətdə olanlar üçün bina tikintisi başlayıb

2018-02-14 10:21:00

Binəqədi rayonunda  evləri qəzalı vəziyyətdə olan sakinlər üçün yeni bina tikintisi başlayıb. Fins.az xəbər verir ki, Nazirlər Kabinetinin “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 22 yanvar 2016-cı il tarixli qərarı ilə Azadlıq prospekti ilə Z.Qəmbərov küçəsinin kəsişməsində yerləşən 5, 7, 9, Dərnəgül qəsəbəsinin H.Hüseynov küçəsi, 37A ünvanında və Azadlıq prospekti, 187 ünvanında pilot layihələr davam edir.

 

Eləcə də bax:“Bu il Bakıda evlər bahalaşacaq”

Azadlıq prospekti, 5 saylı yaşayış binasının sakinləri ilə “RELT HOUSE” MMC arasında öhdəlik müqaviləsi imzalanaraq, kirayə evlərə köçürülməsi başa çatdırılıb. Sakinlər üçün nəzərdə tutulan binanın tikintisi isə davam etdirilir. Azadlıq prospekti, 187 ünvanında qəzalı vəziyyətdə olan əmlak kompleksinin sökülərək, oradakı inzibati binada məskunlaşan 26 ailənin mənzillərlə təmin edilməsi məsələsi də müsbət həllini tapıb. Belə ki, həmin ailələr üçün yeni binanın inşasına artıq başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300