ƏMLAK

Azərbaycan güzəştli mənzillərin alınmasına büdcədən 150 mln. manat ayıracaq
26 DEKABR 2017
287

Azərbaycan güzəştli mənzillərin alınmasına büdcədən 150 mln. manat ayıracaq

2017-12-26 14:44:00

 Azərbaycanın 2018-ci il dövlət büdcəsindən əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 150 mln. manat ayrılacaq.

Fins.az bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.

Beləliklə, gələn ilin büdcəsində bu istiqamətdə ayrılan xərclər dəyişməz qalacaq. Belə ki, 2017-ci ilin dəyişdirilmiş-dəqiqləşdirilmiş büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri həmin ilin ilkin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 50% artırılaraq 150 mln. manata çatdırılmışdı.

Qeyd edək ki, parlamentdə müzakirə olunan 2018-ci ilin ilkin büdcə layihəsinə əsasən, Azərbaycanın 2018-ci il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi, vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi və sosial ipoteka kimi xərclərə 250 mln. manatın ayrılması nəzərdə tutulurdu.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254