ƏMLAK

Bakıda evlər ucuzlaşdı
21 NOYABR 2017
2635

Bakıda evlər ucuzlaşdı

2017-11-21 11:50:00
Bakıda oktyabr ayında həm yeni, həm köhnə mənzillər ucuzlaşıb. Bu barədə Fins.az-a "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. O bildirib ki. Ümumilikdə Bakıda sentyabr ayı ilə müqayisədə oktyabr ayında daşınmaz əmlak bazarında qiymətlər 0,46%  artıb, ötən illin eyni dövrü ilə müqayisədə 9,016% qiymətlər aşağı düşüb.
Təkrar mənzil bazarında(köhnə mənzillər)  manatla ifadədə qiymətlər oktyabrda 0,75%, ötən ilin eyni dövrü ilə müqayisədə 10,046% azalıb. O cümlədən yeni mənzillər ay ərzində 0,41%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,31 % ucuzlaşıb.
N.İbrahimov bildirib ki, mənzillərin ucuzlaşması struktur dəyişiklikləri ilə bağlıdır. Məsələn, bir ay mənzil portfelinə ucuz mənzillər daxil olur,digər ay bunu bahalı mənzillər əvəzləyir. Bu ay ucuz mənzillər çox alınır, digər ayda bahalı mənzillər alınır. Amma stabil strukturu nəzərə aldıqda demək olar ki, qiymətlər dəyişməyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır