ƏMLAK

Bakıda yeni binalarda evlər neçəyədir? – RAYONLAR ÜZRƏ QİYMƏTLƏR
08 NOYABR
1666

Bakıda yeni binalarda evlər neçəyədir? – RAYONLAR ÜZRƏ QİYMƏTLƏR

2017-11-08 10:30:00

Bakıda yeni tikilən binalarda evlərin qiyməti məlum olub. Fins.az-ın daşınmaz əmlak bazarında əldə etdiyi məlumatlara əsasən rayonlar üzrə qiymətləri müəyyən edib. Daşınmaz əmlak agenti Asif Yusubov Fins.az-a bildirib ki, hazırda çıxarışı olmayan təmirsiz yeni mənzillərin qiyməti yerləşmə yerindən aslı olaraq 1 kv.m üzrə 660-5000 manat arasında dəyişir. Ən ucuz təmirsiz yeni mənzillər Bakının Suraxanı, Xəzər rayonları və Xırdalan şəhərindədir. Ən bahalı mənzillər isə Səbail rayonun ərazisindədir –kv.m-I 5000 manat. Rieltor bildirib ki, təmirli evlər hər kv.m üzrə 150-200 manat bahadır. Çıxarışı olmayan təmirli yeni mənzillərin qiyməti 900 manatdan, təmirsiz amma çıxarışı olan mənzillərin qiyməti isə 800 manatdan başlayır. Həm təmirli, həm də çıxarışı olan evlərin qiyməti isə yerləşdiyi ərazidən aslı olaraq 1000-7000 manat təşkil edir.

Asif Yusubov bildirib ki, bu, tikinti şirkətlərinin daxili kredit şərtilə müəyyən etdiyi qiymətlərdir. Belə ki, vətəndaş evin dəyərinin 50%-ni əvvəlcə ödəyir, 50%-i isə hissəli şəkildə şirkətə ödənilir. Yeni mənzilləri nağd şəkildə almaq 15-20% ucuz başa gəlir. Xüsusilə də bahalı və çox otaqlı mənzillər üzrə daha çox endirim əldə etmək mümkündür. 2-3 otaqlı mənzillərə tələbat yüksək olduğuna görə tikinti şirkətləri endirim etməkdə maraqlı olmur.

Bakının rayonları üzrə yeni binalarda mənzillərin qiyməti belədir:

Rayonlar

 

Yeni mənzillər üzrə qiymətlər ( kv.m/AZN)

Təmirsiz/kupçasız

 

Təmirli/kupçasız

Təmirsiz/kupçalı

Təmirli/kupçalı

Nəsimi

1300 -2550

1600 - 3000

1500 - 3000

2000 - 5000

Səbail

950-5000

1000 - 2300

1500 - 2300

2000 - 7000

Nizami

800-1250

1200

1200 -1400

1300 -

Xətai

800 - 1800

1400 - 2200

1100- 3000

1400- 2500

Nərimanov

1400 - 1700

1700 - 2000

1500 - 5000

1700 - 6200

Binəqədi

750 – 1100

900 -1400

800 -1500

1200 -- 1800

Yasamal

750 – 2300

1100 - 5000

800 - 2200

1000 - 5500

Xəzər

700 - 800

-

-

-

Suraxanı

660 - 1200

900 -- 1400

900 – 1100

1100 --2300

Sabunçu

750 - 1300

1000 - 1400

-

-

Xırdalan şəhəri

700

1100

1000

1200

Müəllif: Rahim Tarıverdiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287