ƏMLAK

“Maklerlər artıq ajiotaj yarada bilmirlər” -EKSPERT
14 SENTYABR
464

“Maklerlər artıq ajiotaj yarada bilmirlər” -EKSPERT

2017-09-14 12:47:00

Əmlak ekspertləri bildirirlər ki, bu il isə qiymətlərlə bağlı bir o qədər də ajiotaj hiss edilmədi. Alsat.az əmlak elanları sayının rəhbəri, əmlak eksperti Vaqif Hüseynov Fins.az-a bildirib ki, hazırda kirayə mənzillərin qiymətində hər hansı dəyişiklik müşahidə edilmir. Ekspert hesab edir ki, insanların elanlar informasiya texnologiyalarından, xüsusilə də sosial şəbəkə və elan saytlarından istifadəsinin artması ilə bağlıdır: “Əvvəllər avqust ayının sonundan etibarən bütün rayondan Bakıya üz tutan tələbələr və valideynlər maklerlərə müraciət edirdilər. Markerlər də tələbin artdığını görərək qiymətləri dərhal artırırdılar və bazarda ümumi kirayə qiymətləri artırdı. İndi isə gənclər əvvəlcədən sosial şəbəkə və elan saytlarında bununla bağlı elan verib ev axtarırlar”.

Bundan əlavə əvvəl tələbə olan gənclər kirayə mənzillərlə bağlı startup layihələrinə başlayıblar. Belə ki, kirayə evlər maklerlərdən götürüb onu bir nəfərə deyil, bir neçə nəfər tələbəyə kirayə verirlər. Başqa sözlə, bir tələbə bütün evi kirayələmək üçün 200-250 manat ödəməli olacaqdısa, indi sadəcə bir nəfərlik kirayə haqqı, yəni 100 manat ödəmiş olur. Ekspertin sözlərinə görə, otaq yoldaşlarını tanımaması bir qədər risk yaratsa da, tələbələr buna da razı olurlar.

V.Hüseynov: “Kirayə evlər bahalaşmayıb”

V.Hüseynov bildirib ki, hazırda tələbələrə əsasən plana düşmüş həyət evləri və köhnə tikililərdə kirayə ev verilir. 28 May metrosu ətrafı, R.Behbudov küçəsində bir otaqlı mənzillərin kirayəsi 200, 2 otaqlı evlərin kirayəsi isə 450 manata qədərdir. Elmlər Akademiyası metrosu ətrafında isə 1 otaqlı evlər 300, 2 otaqlı evlər isə 550 manata təklif edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291