ƏMLAK

Əmlak və tikinti şirkətləri Bakıda toplaşacaq
20 APREL 2017
629

Əmlak və tikinti şirkətləri Bakıda toplaşacaq

2017-04-20 10:01:00

Əmlak Məsələləri Dövlət Kömitəsi (ƏMDK) bu il də Bakıda əmlak və investisiya sərgisi keçirəcək. Fins.az xəbər evrir ki, sərgi noyabrın 23-25-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq.

Sərgidə daha çox investor, əmlak şirkətlərinin qatılması, onların layihələrinin nümayiş edilməsi gözlənilir. Tədbirin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının daha da canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Daşınmaz əmlak bazarı ilə bağlı investisiya mühitinin bu sahədə fəaliyyət göstərən xarici şirkətlərə nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsi də əsas vəzifələrdəndir.

Qeyd edək ki, bu ilki sərgidə özəlləşdirilməyə açıq elan edilən müəssisələrin povilyonlarının yaradılması kimi yeniliklər də nəzərdə tutulur. Belə ki, burada həmin müəssisələrin maliyyə durumu, iqtisadi göstəriciləri, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Bundan başqa sərgidə komitənin məsləhət xidmətləri də fəaliyyət göstərəcək. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.

Sərginin ən cəlbedici cəhətlərindən biri də buradada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Burada əmlak alıcılarına təklifləri, fürsətləri müqayisə etmək və dəyərləndirmək, sərfəli variantları seçmək imkanı qazandıracaq.

Sərgidə iştirak edəcək xarici investorların ölkənin daşınmaz əmlak sektoruna yatıracağı kapital bu sahənin canlanmasına, müəssisələrin rentabelliyi fəaliyyətinin bərpa olunmasına və əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına səbəb olacaqdır. Odur ki, bu istiqamətdə Azərbaycanın xaricdə akkreditə olunmuş diplomatik nümayəndəlikləri vasitəsi ilə müxtəlif ölkələrin ticarət birlikləri, investisiya fondları və bütün maraqlı tərəflərlə əlaqələrin qurulması vacibdir.

ƏMDK Azərbaycanın BƏƏ-dəki Səfirliyi və Dubaydakı Konsulluğu vasitəsi ilə iri investorların cəlb edilməsi üzrə Dubay Ticarət Palatası ilə danışıqlar aparır. Eyni məqsədlə Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi ilə də müvafiq işlər həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0949
  • ₽ RUB
    0.0300