ƏMLAK

Kombayn və traktorlar hərracda satılacaq – QİYMƏT 500 MANATDAN BAŞLAYIR
17 NOYABR
294

Kombayn və traktorlar hərracda satılacaq – QİYMƏT 500 MANATDAN BAŞLAYIR

2016-11-17 08:52:00

Xəbər veridiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dekabrın 6-da növbəti əmlak hərracı keçirəcək. Komitədən fins.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə açılan səhmdar  cəmiyyətləri və kiçik müəssisələrlə yanaşı dövlətə məxsus  24 avtomobil və kənd təsərrüfatı maşınları da satışa çıxarılacaq. 

Kənd təsərrüfatında istifadə edilən maşınların ilkin satış qiyməti 500 manatdan başlayır. Siyahıda 13 min, 16 min, 23 min manata satılan traktor və kombaynlar da var. Onlardan 2-si qəzalı vəziyyətdədir. 

Hərraca çıxarılan avtomobillərin və  kənd təsərrüfatı texnikalarının istehsal tarixləri 2004-2007-ci illərə aiddir.

Hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində  beh ödəməlidirlər. 

Sifarişlər ƏMDK yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq.

Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

  1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
  2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı ilə buradan tanış ola bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275