ƏMLAK

Özəlləşdirmə hərracında qiymət 4 dəfə artıb
11 OKTYABR
245

Özəlləşdirmə hərracında qiymət 4 dəfə artıb

2016-10-11 11:57:00
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) oktyabrın 11-də təşkil etdiyi özəlləşdirmə hərracında bəzi obyektlərin rəqabətli satışı və obyektlərə böyük maraq nəticəsində qiymətlər ilkin satış qiymətindən bir neçə dəfə artıq olub. Fins.az-ın məlumatına görə, ilkin olaraq hərraca  kiçik dövlət müəssisə və obyektləri çıxarılıb. 
Xatırladaq ki, hərraclar  komitənin İnformasiya Texnologiyaları Mərkəzində təşkil edilib. 
Hərracda Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 22A ünvanında yerləşən 5 mərtəbəli binanın zirzəmisi (sahəsi 24,8 kvm) ilkin olaraq 11500 manata satışa çıxarılsa da, hərracın gedişində onun qiyməti bir qədər artaraq 15 min manata çatıb. 
Elə həmin üvanda yerləşən binanın digər zirzəmisinin satışında isə rəqabət daha ciddi olub. Sahəsi 16,5 kvm olan və 8 min manat ilkin satış qiyməti ilə satışa çıxarılan zirzəmi sonda 30 min manata qədər, yəni təqribən 4 dəfə bahalaşaraq elə bu qiymətə satılıb. 
Həmin ünvanda yerləşən binanın başqa bir zirzəmisi isə daha yüksək qiymətə satılıb. Sahəsi 40,2 kvm olan zirzəmi ilkin olaraq 20 min manata satışa çıxarılan əmlak hərracların gedişində 44 00 manatadək bahalaşıb və bu qiymətə də satılıb. 
Bakı şəhərinin Xətai rayonu Sarayevo küçəsi, 13v ünvanında yerləşən 9 mərtəbəli binanın zirzəmisi (sahəsi 37,8 kvm) ilkin olaraq hərraca 16 min manata çıxarılıb. Amma hərrac zamanı obyektin qiyməti təqribən 3 dəfə artaraq 46 500 m anata satılıb.  
Xatırladaq ki, əhali və investorlar arasında böyük maraq olduğuna görə, fins.az bu hərracdan canlı yayımlar təşkil edib. Bu yayımların videoyazısı ilə fins.az-ın Facebook səhifəsi və  internet səhifənin özündə tanış olmaq mümkündür. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270