ƏMLAK

Səhmi cəmi 25 qəpiyə satılan şirkət – ÖZƏLLƏŞDİRİLƏCƏK
11 OKTYABR
331

Səhmi cəmi 25 qəpiyə satılan şirkət – ÖZƏLLƏŞDİRİLƏCƏK

2016-10-11 11:22:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi oktyabrın 25-də özəlləşdirmə hərracı keçirəcək. Fins.az xəbər verir ki, bu dəfə hərraca rayonlarda ümumilikdə 26 səhmdar cəmiyyətin səhmlərinin 30-45 faizlik hissəsi satışa çıxarılacaq.  Onlardan biri Cəlilabad rayonu, Novoqolovka qəsəbəsindəki “Cəlilabad Taxıl” Açıq Səhmdar Cəmiyyətidir.

Müəssisə 1940-1970 -ci illərdə istifadəyə verilib. 1997 - ci ildə “Taxıl məhsulları” Dövlət Şirkətinin Cəlilabad taxıl məhsulları kombinatının bazasında “Cəlilabad Taxıl” ASC yaradılıb. Müəssisə əsasən, taxıl məhsullarının tədarükü və satışı ilə məşğuldur.

ASC-nin nizamnamə kapitalı 72 341,40 manat, buraxılan səhmlərin ümumi sayı 289 368 ədəddir. Adi, sənədsiz adlı səhmlərin 202 560 ədədi (70 %) artıq satılıb. Hərracda ASC-nin səhmlərinin 86 808 ədədi (30 %) satışa çıxarılacaq. Bir səhmin qiyməti c əmi 25 qəpikdir.

Satılacaq səhm paketinin ilkin satış qiyməti 10 851 manat  (50% güzəştlə) müəyyən edilib.   

Qeyd edək ki, dövlət səhmlərə hər hansı məhdudiyyət qoymayıb.  Müəssisənin ümumi torpaq sahəsi  41 711,3 kv.metr, tikilialtı sahəsi isə 4 208,5 kv.metrdir. ASC-nin ərazisində anbar binası, elevator qülləsi, laboratoriya binası, anbar binası, anbar binası, yeməkxana, elektrik şiti, qaraj, mexanik otağı, idarə binası, gözətçi məntəqəsi, istirahət otağı, yay laboratoriyası və s.yerləşir.

Müəssisə Novoqolovka dəmir yolu stansiyasına 100 m, Ələt-Astara avtomobil yoluna  14 km-lik məsafədə yerləşir.

 Pul hərracında qanunvericiliyə müvafiq olaraq, alıcı hesab edilən, sifarişi və digər zəruri sənədləri təqdim etmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
Sifarişlər ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında saat 9:00-dan 18:00-a qədər) və yaxud komitənin e-emdk.gov.az elektron xidmətlər portalı vasitəsilə hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul olunacaqdır.

 Məlumat dərc olunduğu gündən hərracda iştirak etmək arzusunda olan fiziki və hüquqi şəxslər səhmləri satışa çıxarılan müəssisələr barədə zəruri məlumatlarla komitənin privatization.az portalında və emissiya prospektləri (özəlləşdirmə planları) ilə Hərracların Təşkili üzrə Auksion Mərkəzində tanış ola bilərlər.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olmaqla) Səhmdar cəmiyyətlərinin səhmlərinin və müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının pul hərraclarında satışı üzrə hərrac komissiyasına hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

-müəyyən edilmiş qaydada təsdiq olunmuş formada sifariş; 

-müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti;

-hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri; 

-fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti.

Pul hərracı 2016-cı ilin oktyabr ayının 25-də saat 09:30-da Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir.Əlavə məlumatı mərkəzin 566 - 07- 44 nömrəli telefonu vasitəsi ilə və komitənin privatization. az portalından ala bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275