ƏMLAK

Şadlıq evləri neçəyə satılır? – ƏMLAK HƏRRACI
11 OKTYABR
931

Şadlıq evləri neçəyə satılır? – ƏMLAK HƏRRACI

2016-10-11 09:51:00

Xəbər verdiyimiz kimi, Əmlak Məsələləri Dövlət Komitəsi noyabrın 1-də növbəti əmlak hərracı keçirəcək. Fins.az xəbər verir ki, həmin gün respublikanın ayrı-ayrı rayonlarında yerləşən 34 kiçik müəssisə və obyekt özəlləşdirilməyə çıxarılacaq. Onların sırasında şadlıq evləri də var.

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsi, 247 ünvanında yerləşən “Aydınlıq” şadlıq evinin 1-ci mərtəbəsinin bir hissəsi və 2-ci mərtəbəsi bütövlükdə satılır. Obyektin faydalı sahəsi 405.3 kv.metrdir. İndiyə qədər cəmi 1 nəfər işçisi var.

Şadlıq evinin   heç bir debitor borcu yoxdur, 1 073 manat kreditor borcu qalıb. Obyektin ilkin satış qiyməti 152150 manatdır. Şadlıq evinin 15  faizlik hissəsi əmək kollektivinə güzəştlə satışa yönəldilib.  

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 141D ünvanındakı “Vüqar” sadlıq evi də satışacaq. Obyektin ümumi torpaq sahəsi 1 039.6 kv.metr, faydalı sahəsi isə 249.2 kv.metrdir. 1 mərtəbəli ayrı tikilinin cəmi 1 nəfər işçisi qalıb. Heç bir de bitor borcu yoxdur,    2  675 manat kreditor borcu qalıb.

Şadlıq evinin ilkin satış qiyməti 74 800 manat (85 faiz) müəyyən edilib. Qalan 15 faizlik hissəsi ilə əmək kollektivinə güzəştlə 13 200 manata satılacaq.

Hər 2 şadlıq evi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır.  Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər həmin obyektlərin ilkin satış qiymətinin 10 faizi həcmində  behi ƏMDK-nın  hesabına ödəməlidir.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyaları tərəfindən keçiriləcəkdir.

Sumqayıt şəhəri üzrə: 
ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (kod 01865) 4-47-97, 5-38-80

Gəncə şəhəri üzrə: 
ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Zərifə Əliyeva küçəsi, 3 əlaqə telefonu: (kod 022) 256-13-76

Daşkəsən şəhəri üzrə: 
ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 4, əlaqə telefonu: (kod 02221) 5-56-51

Şirvan şəhəri üzrə:
ünvan: Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi 14, əlaqə telefonu: (kod 02121) 5-27-98

Saatlı şəhəri üzrə:
ünvan: Saatlı şəhəri, Heydər Əliyev prospekti 133, əlaqə telefonu: (kod 02128) 5-46-58

Neftçala şəhəri üzrə:
ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti 33, əlaqə telefonu: (kod 02126) 3-39-21, 050-335-80-13

Yevlax şəhəri üzrə:
ünvan: Yevlax şəhəri, Q.Quliyev küçəsi 8A, əlaqə telefonu: (kod 022336) 6-45-62

Kürdəmir şəhəri üzrə:
ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti 41, əlaqə telefonu: (kod 2025) 5-55-39

İsmayıllı şəhəri üzrə:
ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 46, əlaqə telefonu: (kod 02028) 5-64-64

Qobustan şəhəri üzrə:
ünvan: Qobustan şəhəri, Yeni Massiv ərazisi, (DƏDRİX-in 14 saylı ərazi idarəsi), əlaqə telefonu: (kod 02024) 5-29-93

Cəlilabad şəhəri üzrə:
ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 151, əlaqə telefonu: (kod 02524) 5-50-30

Şəki şəhəri üzrə:
ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti 9A, əlaqə telefonu: (kod 02424) 4-26-10, 4-40-36

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272