ƏMLAK

İpoteka ilə satılan evlərin qiyməti – HAQDA QƏRAR
05 SENTYABR
3854

İpoteka ilə satılan evlərin qiyməti – HAQDA QƏRAR

2016-09-05 11:25:00

Nazirlər Kabineti “İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nı təsdiq edib. Fins.az-ın məlumatına görə, bu qərar “Azərbaycan İpoteka Fondu” ASC yaradılması haqqında” prezidentin 2015-ci il 27 oktyabr tarixli Fərmanının  icrasını təmin etmək məqsədi qəbul edilib. Fərmanda göstərilirdi ki, ipoteka krediti ilə yalnız o evlər satıla bilər ki, onların qiyməti həmin ərazi üzrə orta qiymətdən artıq olmasın.

Burada məqsəd, ipoteka kreditləri ilə bahalı evlərin alınmasının qarşısının alınması, kreditlərin doğrudan da ehtiyacı olan insanlara ayrılması və əhalinin ipoteka kreditlərinə tələbatının ödənilməsidir.  

Bu Qayda İpoteka Fondunun ipoteka kreditləşməsinə yönəltdiyi vəsaitin əhali tərəfindən təmirli  yaşayış sahələrinin  alınmasına ayrılması zamanıyaşayış sahəsinin 1 (bir) kvadratmetri üçün ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.

Qaydalara görə, mənzillərin orta bazar qiyməti hər rübdə bir dəfə müəyyən ediləcək. Bu zaman bir neçə mənbədən olan informasiyadar nəzərə alınacaq. Belə ki, araşdırmalar zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin daşınmaz əmlakın alqı-satqısı zamanı təşəkkül tapan qiymətlərin uçotu barədə məlumatları, Dövlət Statistika Komitəsinin mənzillərin və yaşayış evlərinin bazar qiymətləri barədə məlumatları, ölkənin daşınmaz əmlak bazarında fəaliyyət göstərən müstəqil qiymətləndiricilərin beynəlxalq standartlara uyğun məlumatları, kütləvi informasiya vasitələrinin, müxtəlif nəşrlərin, İnternet şəbəkəsinin və digər mənbələrin elanları və reklam məlumatları mənbə kimi istifadə ediləcək.

Evlərin orta bazar qiyməti müəyyən edilərkən evin təmirli olması, evin üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmış olması, evin yerləşdiyi ərazi də nəzərə alınacaq.

Cəmiyyət tərəfindən toplanmış məlumatlar yaşayış sahəsinin yerləşdiyi ərazi, otaqların sayı, ilkin və təkrar bazar göstəriciləri üzrə qruplaşdırılır.

Toplanmış məlumatlar əsasında Cəmiyyətin İdarə Heyəti tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalar, ölkənin digər şəhər və rayon əraziləri üzrə yaşayış sahəsinin 1 (bir) kvadratmetri üçün orta bazar qiymətləri müəyyən olunur və təsdiq üçün Cəmiyyətin Müşahidə Şurasına təqdim edilir.

Müşahidə Şurası yaşayış sahəsinin 1 (bir) kvadratmetri üçün orta bazar qiymətini təsdiq etdikdən sonra bu məlumatlar Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilməlidir.

Evlərin orta bazar qiymətlərinə İdarə Heyətinin təklifləri əsasında 6 aydan gec olmayaraq, orta bazar qiymətləri üzrə 10 faiz və daha çox dəyişikliklər baş verdikdə isə dərhal baxır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272