ƏMLAK

82 kv. metrlik mağaza 20 min manata – HƏRRACA ÇIXARILDI
26 AVQUST
517

82 kv. metrlik mağaza 20 min manata – HƏRRACA ÇIXARILDI

2016-08-26 15:51:00

Xəbər verdiyimiz kimi, bu il sentyabrın 14-dəBakıda daşınmaz əmlak hərracı keçiriləcək. Əmlak Məsələləri Dövlət  Komitəsindən  verilən xəbərə görə, hərracda yaşayış və qeyri-yaşayış sahələri, kiçik müəssisələr , eləcə də səhmdar cəmiyyətlər, iri sənaye müəssisələri satışa çıxarılacaq.

Həmin gün hərracda 28 kiçik müəssisə və obyekt satılacaq. İş adamlarının, kiçik sahiblarların yeni start verilən böyük özəlləşmə proqramına marağı nəzərə alaraq  fins.az  on lar barədə ayrıca məlumatları çatdırmağı davam etdirir.

Eləcə də bax: Bu obyekt və mağazalar satışa çıxarılıb – SİYAHI, QİYMƏTLƏR 

Hərracda satışacaq obyektlərin siyahısında Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi, 76 K ünvanında yerləşən  400 saylı mağaza da var.  1 mərtəbəli tikilinin  ümumi torpaq sahəsi  81.9 kv.metr,  faydalı sahəsi isə 71.3 kv.metrdir. İndi İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansındadır. 

Mağazanın  debitor borcu yoxdur,  kreditor borcu isə 377 manatdır. Obyektin ikin satış qiyməti  20 700 manat müəyyən edilib. Hərracda iştirak etmək istəyən hüquqi və fiziki şəxslər həmin məbləğin 10 faizi   həcmində, yəni 2 070 manat beh verməlidirlər. Məbləğ ƏMDK-nın Mərkəzi Bankdakı

 AZ65 NABZ 0136 1150 000 0000 4944 saylı  hesablaşma hesabına ödənilməlidir.

Qeyd edək ki, hərraclar respublikanın şəhər və rayonlarında müvafiq yerli hərrac komissiyalarında keçiriləcək.

Hərraclarda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:


1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN).

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş formada sifariş.

3. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Hərracların keçirilməsi haqqında əlavə məlumatları Hərracların Təşkili üzrə Auksion Mərkəzindən və Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi şöbəsindən almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272