ƏMLAK

Neft Fondu daşınmaz əmlakdan 91 mln. manat qazanıb
30 İYUN
314

Neft Fondu daşınmaz əmlakdan 91 mln. manat qazanıb

2016-06-30 18:31:00

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildə xarici ölkələrdəki daşınmaz əmlaklarının icarəsindən əldə etdiyi gəlirləri açıqlayıb.

Fins.az APA-ya istinadən xəbər verir ki, ARDNF Londonun Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksinin icarəsindən gəliri 9 mln. 648 min 48 ingilis funt sterlinqi və ya 19 mln. 896 min 204 manata bərabər olub.

Bundan başqa, ötən il ARDNF Fransanın paytaxtı Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin icarəsindən 5 mln. 860 min 400 avro və ya 10 mln. 15 min 423 manat gəlir əldə edib.

Hesabat dövründə Seul şəhərində yerləşən "Payn Avenyu A qülləsi" ofis kompleksinin icarəsindən ARDNF-ə 31 mlrd. 71 mln.  645 min 406 Koreya vonu və ya 41 mln. 542 min 790 manat daxil olub.

Qeyd edək ki, “Knight Frank LLP” şirkəti Londondakı əmlakı 217 mln. ingilis funt sterlinqi və ya 447 mln. 497 min 400 manat dəyərində, “BNP Paribas Real Estate” şirkəti Parisdəki daşınmaz əmlak kompleksini 164 mln. 610 min avro və ya 281 mln. 318 min 490 manat dəyərində, “Kyungil Appraisal” şirkəti Seuldakı ofis kompleksini 492 mlrd. 100 mln. Koreya vonu  və ya 657 mln. 937 min 700 manat məbləğində qiymətləndirilib.

Xatırladaq ki, ötən ARDNF Moskvadakı "Qalereya aktyor" binasının icarəsindən 349 mln. 659 min 436 rubl və ya 8 mln. 426 min 792 manat, Tokionun ən məşhur ticarət ərazisi sayılan Çou prospektində yerləşən "Kirarito Ginza" ticarət tipli daşınmaz əmlakın icarəsindən isə 722 mln. 169 min 920 yapon yeni və ya 10 mln. 820 min 994 manat gəlir əldə edib. Beləliklə, fond hesabat dövründə xaricdəki daşınmaz əmlakın icarəsindən 90 mln. 702,203 min manat qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270