ƏMLAK

"Sosial evlərin tikilməsi üçün 50 hektar torpaq ayrılıb"- AÇIQLAMA
23 İYUN
341

"Sosial evlərin tikilməsi üçün 50 hektar torpaq ayrılıb"- AÇIQLAMA

2016-06-23 15:30:00

Sosial evlərin tikintisi üçün Mənzil İnşaatı Dövlət Agentliyinə 50 hektar torpaq və 10 milyon manat pul ayrılıb. Fins.az-ın "APA"-ya istinadən xəbərinə görə, bunu baş nazirin müavini Abid Şərifov deyib. 

Bildirib ki, sosial evlərin tikintisi uzunmüddətli prosesdir. "Söhbət 1-2 evdən deyil, məhəllələrdən, kvartallardan gedir. Başqa sözlə, sosial evlərin tikintisi uzunmüddətli prosesdir. Təkcə tender prosedurları 5-6 ay aparacaq", - deyə A. Şərifov bildirib. 

Baş nazirin müavini quruma ayrılan torpaqların harada yerləşdiyini deməyib: "Bu gün də quruma torpaqların ayrılması davam edir. Proses yekunlaşdıqdan sonra ətraflı məlumat veriləcək".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272