ƏMLAK

Bakıda kirayə evlər ucuzlaşdı – QİYMƏTLƏR
02 İYUN
1602

Bakıda kirayə evlər ucuzlaşdı – QİYMƏTLƏR

2016-06-02 16:54:00

Son iki ayda Bakıda kirayə mənzillər ucuzlaşmağa başlayıb. Daşınmaz əmlakla bağlı elan saytlarından fins.az-a verilən məlumata görə, qiymətlər 60 %-ə qədər aşağı düşüb. Alsat.az sayıtının rəhbəri Vaqif Hüseynov fins.az-a bildirib ki, müraciət edilərək mart ayına kimi olan kirayə ev qiymətləri aşağı salınır. 

“28 May”da 350 manatlıq ev indi 220 manatadır

Onun sözlərinə görə, Bakının mərkəzi hissələrində kirayə mənzillər daha çox ucuzlaşıb. Məsələn, 28 May metrosunun ətrafında 2 otaqlı mənzillər 350-400 manata  kirayə verilirdisə, indi eyni evi 220 manata sifariş etmək olar. İçərişəhərdə 2 otaqlı mənzillərin kirayəsi 550 manata başa gəlirdisə, indi  400 manata kimi ucuzlaşıb.Şəhərin Yasamal, Gənclik, Elmlər Metrosu və Nərimonov rayonu hissələrində isə qiymətlər 44 % ucuzlaşıb. Məsələn, əvvəl 500  manata kirayə verilən 2 otaqlı mənzilləri indi 280 manata sifariş etmək olar.

Ofislərin kirayəsi  50 % ucuzlaşıb

Eynilə ofis kimi istifadə edilən evlərin də kirayəsi 50 %-ə qədər ucuzlaşıb. Məsələn, İçərişəhər ərazisində 70-80 kv.m-lik ofisin mart ayına kimi kirayə haqqı 1000 manat idi. İndi isə eyni ofisi 500-600 manat icarəyə götürmək olar.

Bağlanan ofislər qiymətlərə təsir göstərib

Vaqif Hüseynovun sözlərinə görə,  kirayə qiymələrinin kəskin  aşağı düşməsi əsasə iki səbəblə bağlıdır. Belə ki, yaranan iqtisadi durğunluq şəraitində kiçik şirkətlər icarə haqqlarını ödəyə bilmədikləri üçün ofislərini bağlamalı oldular. Bakıda evlərin əksər hissəsi ofis kimi kirayə verilir. Ofislərin bağlanması ilə kirayə mənzil bazarında təklif birdən birə artdı. Məsələn adi qaydada bir gün ərzində 100-ə yaxın kirayə mənzillərlə bağlı elan verilirdi. Ofislərin birdən-birə bağlanması mart ayında bir həftə ərzində 1500 kirayə mənzil elanı verilməsi ilə nəticələnmişdi. Bu da  kirayə qiymətlərinin aşağı düşməsinə səbəb oldu.

Tələbələr kirayə qiymətlərinə təsir edir

V.Hüseynov bildirib ki, digər tərəfdən  Bakıda kirayə bazarının əsas müştəriləri tələbələrdir. Tədris mövsümü  yekunlaşması ilə Bakı demək olar ki, boşalır. Tələbələr rayonlara üz tuturlar. Nəticədə yay aylarında kirayə mənzilərə tələbat azalır. Bu da  kirayə evlərin ucuzlaşmasına təsir edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275