DÜNYA

31 August
2

Zelenski Moskvaya dəvət olunacaq

Ukrayna Prezidenti Vladimir Zelenski 2020-ci ilin mayında Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə dəvət olunacaq.

Fins.az yerli xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə deyib.

O, rəsmi Moskvanın bu münasibətlə Zelenskiyə dəvətnamə göndərəcəyini söyləyib.

Qeyd edək ki, Qələbə günündə Moskvada dünyanın 17 liderinin iştirakı artıq təsdiqlənib. Rusiya Prezidenti Vladimir Putin daha əvvəl amerikalı həmkarı Donald Trampı da parada dəvət edib. Tramp dəvətə müsbət reaksiya verib və dəvətnamə gözlədiyini bildirib.

adsgarden