DÜNYA

Avropa Mərkəzi Bankını sədri açıqlama verdi, dolların və avronun qiyməti dəyişdi
18 İYUN
164

Avropa Mərkəzi Bankını sədri açıqlama verdi, dolların və avronun qiyməti dəyişdi

2019-06-18 12:52:00

Avropa Mərkəzi Bankının  sədri Mario Draghi çıxış edib.Fins.az "bloomberg"-ə istinadən xəbər verir ki, Draghi, "Daha çox faiz endirimi Avropa Mərkəzi banının variantlarının bir hissəsidir" deyib.

Draghinin açıqlaması bazarlarda Avropa Mərkəzi Bankının da faiz endirəcəyi gözləntisinin güclənməsinə səbəb olub. Avro/dollar məzənnəsi 0,25% düşərək 1.1191 səviyyəsinə geriləyib. Bu isə avronun  ucuzlaşıb, dolların bahalaşması deməkdir.  Mario Draghi, risk görünüşünün "aşağı istiqamətli" qalmaqda davam etdiyini və görünüşün yaxşılaşmaması vəziyyətində daha çox təşviqin lazım olacağını söyləyib.

Faiz endirimləri və daha çox monetar genişləmənin bankın variantları arasında olduğunu vurğulayan AMB sədri, bankın daha çox qiymətli kağız alışı üçün sahəsi olduğunu qeyd edib.Draghi, "Risklərin uzanması ixrac və xüsusilə emal üzərində təzyiq yaradıb. Yaxşılaşmanın olmaması, inflyasiyanın hədəfimizə geri dönməsinin riskə girməsi vəziyyətində əlavə təşviq lazım olacaq" deyib.

Valyuta bazarları, Avropa Mərkəzi Bankının sədri Mario Draghinin  çıxışının ardından Bankdan il sonuna qədər 10 bənd faiz endirimi olacağını gözləyir.

 Müəllif:Aynur Qəniyeva 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır