DÜNYA

2025-ci ilədək 33 milyard dollarlıq layihələr həyata keçirəcək
04 İYUN
163

2025-ci ilədək 33 milyard dollarlıq layihələr həyata keçirəcək

2019-06-04 12:20:00

“Özbəkneftqaz” Səhmdar Cəmiyyəti 2019-2025-ci illərdə ümumi dəyəri 33 milyard dollar olan 30-dan artıq iri neft-qaz layihəsi həyata keçirəcək.

Qurumun mətbuat xidmətinə istinadla xəbər verilir ki, Səhmdar Cəmiyyətin tərəfdaşları arasında Rusiyanın “Lukoyl” və “Qazprom”, Amerika Birləşmiş Ştatlarının “Air Products”, Koreya Respublikasının “GS Engineering & Construction” və “SK Engineering & Construction”, Birləşmiş Ərəb Əmirliklərinin “Mubadila” şirkətləri var.

Bundan başqa, “Özbəkneftqaz” Rusiyanın “Zarubejneft” və “Tatneft”, Fransanın “Total”, Azərbaycanın SOCAR, Britaniyanın BP, Koreya Respublikasının KNOS, Hindistanın “ONGC Videsh” şirkətləri ilə birlikdə karbohidrogen ehtiyatlarının istismarı sahəsində yeni layihələr reallaşdırmaq niyyətindədir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır